Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmizdə pandemiyaya qarşı görülən qabaqlayıcı tədirlər öz müsbət nəticəsini verir

0

  •       Hər zaman siyasətinin mərkəzind və Azərbaycan vətəndaşı dayanan İlham Əliyev 06.08.2020-ci il tarixindəki çıxışı bir daha gösərdi ki, xalq ona arxalanmaqda yanılmayıb. Cənab Prezident bu çıxışında ölkəmizdə pandemiya ilə mübarizədə həkimlərin və vətəndaşarın birgə səyini yüksək qiymətləndirib. Vətəndaşarın mövcud xəstəliklə bağlı tələbatını ödəyən modul tipli yeni xəstəxananın açılışı dövlətin hər bir vətəndaşının arxasında olduğunun sübutudur. Cənab Prezident bildirdi ki, ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur.     Hazırda ölkəmizin səhiyyəsi dünyanın inkişaf etmiş ölkələrinin səhiyyəsi ilə eyni səviyyədədir. Lakin dövlət başçısı bununla kifayətlənməyib, yeni tibbi avadanlıqlarının alınması üçün Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayırıb. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrindən olan Çin, Cənubi Koreya, İtalya, Türkiyə kimi dövlətlərdən mütəxəsislər gətirilmişdi. Bütün bu tədbirlər sayəsində ölkəmizin pandemiya ilə mübarizədə az zərərlə çıxacağına ümid bəslənir.     Cənab Preziden bildirdi ki, hələ bu xəstəlik bitməyib. Vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə əlləri sabunla yumaq, dezinfeksiya vasitələrindən istifadə emək bir qayda olmalıdır. Koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya o peyvəndi gözləyir. Gigiyena qaydalarına ciddi riayət etsək, biz özümüzü bu virusdan qoruya bilərik.       Həmçinin ölkə başçısı bildirdi ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da vəziyyəti nəzarət altında saxlaya bilərik. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar pandemiyaya qarşı mübarizədə birlik göstərirlər. Həmrəyliyin göstəricisinin biri də həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, onları ərzaq malları ilə təchiz edirlər. Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Bütün bunlar bizim xalqımızın ən yüksək mənəvi keyfiyyəti, mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik xüsusiyyətlərinin göstəricisidir.      Cənab Prezident bildirdi ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlamaq məqsədilə büdcədən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Dövət sektorunda çalışan 900 minə yaxın insan faktiki olaraq işləməsələr də, dövlət tərəfindən əmək haqqı alırlar. İşsiz qala biləcək 760 min insana lazımi maliyyə dəstəyi göstərildi.        Prezident qeyd etdi ki, iqtisadi sahədə bir neçə dəstək məsələlərində də çox böyük addımlar atıldı. Həm ilin əvvəlində sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimulaşdırılması, eyni zamanda pandemiya ilə əlaqədar görülmüş  işlər onun siyasətini tam əks etdirir.Şəfəq İsmayılova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib42 dəfə
    Ölkəmizdə pandemiyaya qarşı görülən qabaqlayıcı tədirlər öz müsbət nəticəsini verir

    Maraqlı gələ bilər
    43
    43
    250
    51
    47